“Neftçi”nin baş məşqçisi biabırçılığın səbəblərini açıqlamaq istəyir

31 Avqust 2021 17:20 Neftçi 1 687
“Neftçi”nin baş məşqçisi biabırçılığın səbəblərini açıqlamaq istəyir

“Neftçi”nin baş məşqçisi Samir Abasov klub azarkeşləri ilə görüşmək niyyətindədir.

Sportinfo.az-ın məlumatına görə, o, komandanın düşdüyü bərbad durumun səbəbləri barədə açıq söhbət etmək fikrindədir.

Çalışdırıcı artıq bununla bağlı tərəfdarlara xəbər də göndərib. Abasov avrokuboklarda uğursuz çıxışa rəvac verən problemlər, həmçinin istədiyi transferlərin reallaşmamasının kimlərdən qaynaqlanması haqda danışmağı düşünür.

Samir bəyin istəyi “12-ci oyunçu”dan dəstək almaqdır. Axı Premyer Liqa yeni başlayıb və bilir ki, qitə arenasında qeydə alınan fiasko azarkeşləri hiddətlənib.

Gənc mütəxəssis bu narazılıq dalğasının tezliklə onu haqlamasından narahatdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!