Kamran Quliyev “Neftçi”nin prezidenti postunda qalır, yoxsa gedir?

30 Avqust 2021 20:00 Neftçi 1 837
Kamran Quliyev “Neftçi”nin prezidenti postunda qalır, yoxsa gedir?

Kamran Quliyev “Neftçi”nin prezidenti postundan istefa verməyə hazırlaş mır.

Bu barədə ona yaxın çevrədən Sportinfo.az-a məlumat daxil olub.

2018-ci ilin əvvəlində “Sumqayıt”dan bura gələn funksioner daha uzun müddət paytaxt klubunda çalışmaq niyyətindədir.

O, komandanın avrokuboklarda uğursuz çıxış etməsinin səbəbkarı qismində təqdim olunması ilə razılşmayıb, yeni transferlərin vaxtında və tam həyata keçirilməməsində özünü təqsirkar saymır.

K.Quliyevin yaxın çevrəsindən redaksiyamıza bildirilib ki, SOCAR rəhbərliyi onun işindən narazı deyil və qalmasına tərəfdardır.

Kamran bəy carı məsələlərlə bağlı neft şirkətinin yüksək çinli rəsmiləri ilə görüşüb və Samir Abasova yaradılan şərait barədə onları məlumatlandırıb, baş məşqçinin ona təklif olunan yeni futbolçuların seçilməsi prosesinə tərəddüdlə yanaşdığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!