"Neftçi"nin yay transferləri üçün PUL VERƏCƏK ADAM TAPILDI

11 İyun 2021 13:00 Neftçi 2 849
"Neftçi"nin yay transferləri üçün PUL VERƏCƏK ADAM TAPILDI

Zaur Qəhrəmanov Müşahidə Şurasının üzvü olduğu "Neftçi"yə maliyyə dəstəyi verəcək.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktorunun bununla bağlı yeni planları var.

O, Çempionlarn Liqasında mübarizə aparacaq komandanın transfer bazarında fəallığı artırmasına dəstək olacaq. Belə ki, Qəhrəmanov yeni alınacaq futbolçulara ödəniləcək vəsaitin bir qismini şəxsi büdcəsindən qarşılayacaq.

Bu isə «Neftçi»yə bir qədər tanış haldır. Axı SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti olaan Tofiq Qəhrəmanovun oğlu ilk dəfə deyil ki, kluba öz cibinin pulunu xərcləyir.

Keysuke Hondanın martda reallaşıb, mayda bitən «Neftçi» macərasının təşkilatçısı və icraçısı da odur. Zaur bəy maliyyə yükünü üzərinə götürməsəydi, yaponiyalı keçmiş ulduza ağ-qara formanı geyindirmək mümkün olmayacaqdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!