Baxın, bu da “Neftçi”dən 5-ci… VİDEOREPORTAJ

12 May 2021 11:00 Neftçi 714
Baxın, bu da “Neftçi”dən 5-ci… VİDEOREPORTAJ

Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Bakı klubunun son 10 ildə əldə etdiyi rekord göstəricidir.

Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlubiyyətə edib.

“Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.

“Neftçi”TV Bayıldakı qarşılaşmadan videoreportaj hazırlayıb. Onu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!