”Neftçi”yə gələn məşqçilər hər dəfə xal itirəndə davaya çıxır”

28 Aprel 2021 11:20 Neftçi 781
”Neftçi”yə gələn məşqçilər hər dəfə xal itirəndə davaya çıxır”

Sportinfo.az xəbər verir ki, “Neftçi“nin sabiq baş məşqçisi Tərlan Əhmədov Samir Abasovu sərt tənqid edib.

O, hazırda “ağ-qaralar“ı çalışdıran həmkarının Premyer Liqanın ötən turunda “Sabah“la 2:2 etdikləri matç haqda danışıb və Abasovun səhvlərini incələyib. Əhmədov həmçinin onun “Sabah“ barədə fikirlərinin əsassız olduğunu bildirib:

“Gəlin görək, “Neftçi” “Sumqayıt”a 0:2 uduzanda və “Qəbələ” ilə 2:2 oynayanda bu cür ajiotaj niyə yox idi? Bilirsiz, niyə? Çünki həmin oyunlarda komandalar 11-11-ə oynamışdı.

Bu dəfə isə rəqib matçı 8 nəfərlə bitirdi. 8 nəfərlə qalan rəqibə qol vura bilməyən komanda günahı kimdə axdtarmalıdır? Əlbəttə, hakimdə.

Fikir verdim, “Sabah” 9 nəfərlə qalanda belə, “Neftçi” arxada 4 müdafiəçi saxlamışdı. Nəyə lazım idi 4 müdafiəçi?

Rəqib, onsuz da, iki nəfər azlıqda mübarizə aparır, sənə isə qol lazımdır. Həmin müdafiəçilərdən birini çıxart, yerinə hücumçu sal. “Sabah” 8 nəfərlə qala-qala iki dəfə təkbətək çıxdı.

Samir Abasov deyir ki, “Sabah” niyə başqa oyunlarda da belə oynamır? Bu ifadə nəyə lazımdır? “Neftçi”də bu gün stabillik çatmır. İlk növbədə bunun həllini tapmaq lazımdır.

Son illərdə “Neftçi”yə gələn məşqçilər nədənsə hər dəfə xal itirəndə rəqib komandalarla davaya çıxır dı. Bordin də elə idi, indi də Samir Abasov.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov da yaxşı deyib ki, Samir Abasov bizim futbolçularımız haqda danışdığı vaxtı öz komandasına yönəltsə, yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!