“Neftçi”nin geriləməsinin səbəbkar – UEFA reytinqində

20 Fevral 2021 16:40 Neftçi 589
“Neftçi”nin geriləməsinin səbəbkar – UEFA reytinqində

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş tutan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malik olan komanda “Qarabağ”dır. Ağdam təmsilçisinin mövqeyi dəyişməz qalıb.

Qurban Qurbanovun yetirmələri 21,000 xalla 67-ci yerə şərikdir. “Qarabağ” kimi “Feyenord” (Niderland), LASK (Avstriya) və “Styaua”da (Rumıniya) eyni göstəriciyə malikdir.

5,500 xala malik “Qəbələ” də mövqeyində qalıb. “Qırmızı-qaralar” 206-215-ci yerləri bölüşür. Təmsilçimizin şərikləri “Riqa” (Latviya), “Proqres” (Lüksemburq), “Honved” (Macarısta), “Vaduts” (Lixtenşteyn), “Kalyu” (Estoniya), HİK (Finlandiya), “Lütsern” (İsveçrə), “Vitorul” (Rumıniya) və “Domjale”dir (Sloveniya).

“Qəbələ”dən yarım xal geri qalan “Neftçi” geriləyib. Paytaxt klubu 244-cü yeri 5 klubla bölüşür. Bakılılar şərikləri “Dunayska Ştreda” (Slovakiya), “KuPS” (Finlandiya), “Dinamo” (Belarus), “Ararat Armeniya” (Ermənistan) və “Hafnarfyordur” (İslandiya) klublarıdır.

“Neftçi”nin geriləməsinin səbəbkarı Xorvatiya “Lokomotiv”idir. Zaqreb təmsilçisi ölkəsinin klublarının sayəsində aktivini 5,050-yə yüksəldərək 240-cı yerə qalxıb.

Azərbaycanın digər klubları isə 2,500 xala malikdir. “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 301-ci sırada şərikdir.

Cədvələ 127,000 xala malik “Bavariya” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!