“Neftçi“nin “dirəy“i: “Qalatasaray”a vurduğum qol çox xoşuma gəldi“

21 Yanvar 2021 23:20 Neftçi 560
“Neftçi“nin “dirəy“i: “Qalatasaray”a vurduğum qol çox xoşuma gəldi“

“Bakıda ilk qolumu “Qarabağ”a qarşı keçirdiyim ilk oyunda vurdum“.

Sportinfo.az xəbər verir ki, bu xatırlatmanı “Neftçi“nin müdafiəçisi Mamadu Mbodj edib.

Seneqallı legioner “ağ-qaralar“ın heyətində keçirdiyi yaddaqalan oyunlarından danışıb.

Azərbaycan çempionatında üçüncü ilini keçirən afrikalı bildirib: “Həmişə ilk oyunumda qol vururdum. Litvada da belə olub, Serbiyada da.

Azərbaycanda da debütüm uğurlu alındı. Bu mövsüm isə“Qalatasaray”la oyunda vurduğum qol çox xoşuma gəldi. Yəni bir neçə yaxşı xatirəm var”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!