Giqqz: "Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq"

19 Noyabr 2019 17:36 Milli komanda 440
Giqqz: "Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq"

"Avropa çempionatına düşmək üçün hələ də şansımız var. Bunun üçün ilk növbədə sonuncu oyunda qalib gəlməliyik”.

Sportinfo.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Kardiffdə Macarıstana qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Onun sözlərinə görə, qələbə qazanmaları üçün noyabrın 16-da Bakıda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri görüşdəkindən daha yaxşı oynamalıdırlar:

“Bizdə qalibiyyət impulsu var. Qələbə qazanmaq üçün Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq. Futbolçularımıza inanıram. Onların oyunçu keyfiyyətlərinə güvənirəm. Təcrübə çox önəmlidir. Ancaq gənc futbolçularımızın performansı məni sevindirir”.

11 xalla 3-cü pillədə qərarlaşan Uels millisi Macarıstan yığmasına qalib gələcəyi təqdirdə AVRO-2020-yə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!