Ramil Şeydayev hansı suala cavab vermək istəmədi?

17 Noyabr 2019 00:44 Milli komanda 964
Ramil Şeydayev hansı suala cavab vermək istəmədi?

"Çətin oyun oldu. Komandada nəsə alınmadı, uduzduq. Bu gün pis oynadıq".

Bu sözləri milli komandamızın hücumçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsinin Uelslə oyunundan (0:2) sonra Sportinfo.az-a açıqlamasında deyib. Matçla bağlı danışan Moskva "Dinamo"sunun futbolçusu məğlubiyyəti qol vura bilməmələri ilə əlaqələndirib:

"Hücumda bəzi epizodlarda dəqiqlik, qol çatışmadı. Bir sözlə, oyunumuz alınmadı".

Forvard Uelsdən çəkinmədiklərini bildirib: "Belə bir şey yoxdur. Hamımız sonadək vuruşduq. Sadəcə, kimdəsə daha çox səhv oldu. Mən özüm də xeyli səhvə yol verdim. Amma rəqibdən çəkinmirdik".

Şeydayev Slovakiya ilə seçmə mərhələdə keçirəcəkləri son oyuna da toxunub: "Ümid edirəm ki, səfərdə Slovakiyanı məğlub edərik. Qələbə qazanmağa çalışacağıq. Başqa məqsədimiz yoxdur. Bugünkü oyunumuzu analiz edib, qarşıdakı matçda yaxşı mübarizə apara bilərik. Rəqib haqda bu dəqiqə nəsə deyə bilmərəm. Oyunlarına baxıb, məlumat toplamaq lazımdır".

Ramil sonda ""Dinamo"da qalacaqsan, yoxsa qış fasiləsində komandanı tərk edəcəksən" sualına isə cavab vermək istəməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"