"Uels kimi komandalara qarşı aqressiv oynamaq lazımdır"

16 Noyabr 2019 18:35 Milli komanda 540
"Uels kimi komandalara qarşı aqressiv oynamaq lazımdır"

"İllər əvvəl Uelsə qarşı oynamışam. Həmin oyunu yaxşı xatırlayıram. Səfərdə 0:1 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq". Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin keçmiş üzvü Nodar Məmmədov deyib.

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Kardifdə Uelsə qarşı keçirilən oyunun iştirakçısı olmuş Məmmədov həmin oyun barədə fikirlərini bildirib. Bununla yanaşı o, millimizin bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirəcəyi oyun haqda fikirlərini söyləyib: "Bizim o vaxtı oynadığımız Uels indiki yığmanın elə təməli idi. Son iki ildəki nəticələri də göz qabağındadır. Həmin oyunda bizim üçün çox çətin olmuşdu. Bu cür komandalara qarşı olduqca aqressiv oynamaq lazımdır.

Bugünki oyunda xal və xallar qazanacağımıza inanıram. Əgər səbrli, düzgün müdafiə ilə oynasaq xal qazana bilərik. Rəqibin hücum xətti də çox güclüdür. Mən millimizə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti