"Bu ağır addımı atmalıyıq"

16 Noyabr 2019 01:10 Milli komanda 821
"Bu ağır addımı atmalıyıq"

"Həlledici oyunlar öncəsi komandada atmosfer əladı. Əminəm ki, Xorvatiya ilə ən çətin görüşə hazırıq". Sportinfo.az xəbər verir ki, bu sözlər Slovakiya yığmasının hücumçusu Mixal Dyurişə məxsusdu.

31 yaşlı forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

"Anortosis"in futbolçusu, xüsusən də, sabah Xorvatiya ilə keçiriləcək qarşılaşmaya köklənməyin vacibliyini vurğulayıb: "Rəqib nə qədər güclü olursa-olsun, özümüzü qələbəyə kökləməliyik.

Heyətlərində itkilərin olması bizim üçün üstünlük sayıla bilər. Son addım həmişə ağır olur. Qarşıdakı iki matçda da bu ağır addımı atmalıyıq. Avropa çempionatına vəsiqə qazansaq, bu, ömürlük xatirə olacaq".

Slovakiya qrupda son oyununu noyabrın 19-da evdə Azərbaycan millisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"