Bakıya 1200 uelsli azarkeş gəlib

15 Noyabr 2019 15:34 Milli komanda 544
Bakıya 1200 uelsli azarkeş gəlib

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Böyük Britaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri James Sharpla görüşüb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən tərəflər AFFA ilə İngiltərə Futbol Assosiasiyası arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Qeyd olunub ki, Avro-2020-nin təşkil olunacağı şəhərlərlə bağlı Böyük Britaniya ilə Azərbaycan arasında da kəsişmə nöqtələri var. Bakı Olimpiya Stadionunda AÇ-nin 3 və 1/4 final mərhələsinin 1 oyunu, İngiltərənin paytaxtı Londonda D qrupunun 3, 1/8 final mərhələsinin 1 matçı, hər iki yarımfinal qarşılaşması və final görüşü, Şotlandiyanın Qlazqo şəhərində isə D qrupunun 3 oyunu və 1/8 final mərhələsinin 1 qarşılaşması təşkil olunacaq.

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyununun da britaniyalı azarkeşlərin diqqət mərkəzində olduğu və bu qarşılaşmanı izləmək üçün Bakıya 1200 uelsli azarkeşin gəldiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti