Azərbaycan millisinin oyununa ən ucuz bilet - 22 avro

23 Oktyabr 2019 15:58 Milli komanda 501
Azərbaycan millisinin oyununa ən ucuz bilet - 22 avro

Azərbaycan millisinin Slovakiya ilə səfərdə keçirəcəyi AÇ-2020-nin seçmə oyunu üçün biletlərin qiyməti açıqlanıb.

Sportinfo.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Trnava şəhərində Anton Malatinski adına stadiondakı oyunun biletləri sabahdan etibarən onlayn satışa çıxarılacaq.

Bilet azarkeşlərə iki kateqoriya üzrə satılacaq. Birinci kateqoriyanın qiyməti 32 avro, ikinci isə 22 avro olacaq.

Noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"