"Proses nəzarətsiz haldadır və özbaşına irəliləyir"

13 İyul 2020 00:56 Maraqlı 616
"Proses nəzarətsiz haldadır və özbaşına irəliləyir"

Sportinfo.az xəbər verir ki, koronavirus növbəti dəfə "rekord" təzələyib.

İyulun 4-də 211 min gündəlik yoluxmadan sonra bu gün dünyada 228 mindən çox insan virusa yoluxub. Bu cür kəskin artım ciddi narahatlıq doğurur.

Çünki hazırda 12,6 milyondan çox xəstə var və bu sürətlə artım onu göstərir ki, yaxın günlərdə, ayın sonuna qədər 15 milyonu ötəcək. Eyni zamanda xəstəliyin bu cür kəskin şəkildə artması virusun yayılmasında "zirvə"nin ola biləcəyi ehtimallarını yaradır.

Mütəxəssislər nə düşünür? Koronavirusun yayılmasında zivrə nə zaman olacaq? Xəstəliyin ən yuxarı həddi görməsi və azalması prosesi barədə proqnozlar vamı?

Bununla bağlı ATU dosenti, cərrah Ədalət Rüstm danışıb: "Bəzi Avropa və Amerika ölkələri üçün proqnoz vermək asandır.

Yəni bu ölkələrin hər birində virusun yayılma dinamikasını, xəstələnmə diaqnostikasını və digər statistik göstəricilərini bir- iki saat ərzində öyrənməklə müvafiq proqnoz vermək olar. İdarəetmə baxımından oxşar olan ökələrdə, yəni Banqladeş Zimbabve, Ermənistan və Cibutidə bu məsələni proqnozlaşdırmaq olduqca çətindir.

Çünki koronavirus prosesi demək olar nəzarətsiz haldadır və özbaşına irəliləyir. Koronavirus infeksiyasının pik vaxtının hansı vaxta düşəcəyini proqnoz vermək olmaz. Hələlik zirvəyə doğru gedir, xəstəliyin gedişində enmə- qalxmalar olur, birinci dalğa davam edir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"