Tanınmış aparıcıya "Anamın Yeməyindən Yoxdur"da sürpriz etdilər - VİDEO

2 İyul 2020 16:56 Maraqlı 580
Tanınmış aparıcıya "Anamın Yeməyindən Yoxdur"da sürpriz etdilər - VİDEO

Bu gün beynəlxalq idman jurnalistləri günüdür.

Sportinfo.az xəbər verir ki, bu səbəbdən "Xəzər TV"-də yayımlanan "Anamın yeməyindən yoxdur" şousunun qonağı bu kanalın idman redaktoru Sənan Abdullayev olub.

Veriliş zamanı dadlı təamlar hazırlanmaqla yanaşı, Abdullayevin idman jurnalistikasına və televiziyaya gəlişindən danışılıb. Həmçinin tanınmış aparıcı suallara cavab verərkən maraqlı məqamlar da üzə çıxıb.

Abdullayevin uzun müddət cüdo ilə məşğul olması, hərbi xidmətdə olarkən Hərbi Hava Qüvvələri arasında ölkə çempionluğu, idman ustalığına namizədliyi ilə yanaşı, hətta bir ara uşaq məşqçisi kimi çalışması, həmçinin Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo fakültəsinin məzunu olması da diqqətçəkən məlumatdır.

Həmkarımız başına gələn hadisələr haqda danışarkən "Xəzər Lənkəran" - "Neftçi" matçlarından da maraqlı epizodları xatırlayıb. Proqram təşkilatçıları sürpriz şəkildə ATV kanalının idman şöbəsinin və Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu və "İdman Azərbaycan" televiziya kanalının direktor müavini Rövşən Binnətli ilə telefon bağlantısı yaradaraq, onlara Abdullayevlə bağlı düşüncələrini çatdırmaları üçün şərait yaradıblar.

Veriliş ərzində həmçinin qonağın övladı ilə skayp, anası ilə isə telefon bağlantısı yaradılıb və nəticədə xoş məqamlar yaşanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"