Ronaldo 1,5 milyon avroya MÖHTƏŞƏM VİLLA aldı - FOTOLAR

6 İyun 2020 23:20 Maraqlı 6 696
Ronaldo 1,5 milyon avroya MÖHTƏŞƏM VİLLA aldı - FOTOLAR

Dünyada ilk milyarder futbolçu olan "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun ötən il özünə İspaniyanın Marbelya şəhərində villa aldığı məlum olub.

Sportinfo.az xəbər verir ki, dörd yataq otağı, LED giriş yolları, idman zalı, kinoteatr otağı və hovuzu olan villa üçün portuqaliyalı oyunçu 1,5 milyon avro ödəyib.

Aralıq dənizi mənzərəsi olan bu villanın Marbelyanın La Resina Golf klubunun yanında yerləşdiyi vurğulanıb. Ronaldonun qonşularından birinin UFC döyüşçüsü Konor Makqreqor olduğu bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"