“Xəstəyəm, ana ola bilmərəm”

29 May 2020 10:24 Maraqlı 614
“Xəstəyəm, ana ola bilmərəm”

Türkiyəli keçmiş futbolçu Burak Qeyzemerin həyat yoldaşı Larisa Qeyzemer sosial mediada ona ünvanlanan “niyə övladınız yoxdur” suallarına əsəbiləşib.

Sportinfo.az xəbər verir ki, braziliyalı sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib.

Larisa bildirib ki, doğuşdan gələn xəstəlik səbəbilə ana ola bilmir: “Bilirəm ki, çoxunuz xoş niyyətlə soruşursunuz. Xəstəyəm, ana ola bilmərəm. Amma hədsiz və pis rəylər verilməyə başlanıb.

Həm mənim, həm də bu vəziyyətdə olan qadınlar üçün bəsdirin. Özümü belə qəbul etmişəm. Burak da məni belə qəbul edib. Xoşbəxtəm, siz də xoşbəxt olun. Hamınızı çox sevirəm”.

Onun bu paylaşımından sonra cütlüyə xeyli sayda dəstək mesajları yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"