"İngilislər Bakıda həddən çox ucuz pivə içdilər"

12 Fevral 2020 18:06 Maraqlı 781
"İngilislər Bakıda həddən çox ucuz pivə içdilər"

“AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu.

Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub: “Bakı şəhərində olan infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi bura gəldi.

3 gün ərzində həmin vaxt 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Bura hava limanı, yollar, nəqliyyat, “pub”lar, restoranlar daxildir. Zəif cəhətimiz var idi.

“Pub”lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, “pub”lar bizə Avropa Çempionatı zamanı problem yaratmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!