Məğlubedilməz "Zizu"... Yaxud finalların qənimi

13 Yanvar 2020 12:53 Maraqlı 763
Məğlubedilməz "Zizu"... Yaxud finalların qənimi

"Real"ın baş məşqçisi Zinəddin Zidan məşqçilik karyerası da kifayət qədər uğurlu alınan azsaylı veteran futbolçulardandır.

Sportinfo.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi ikinci dönəm baş məşqçisi olduğu "Real"la oynadığı finalların heç birində uduzmayıb.

Son olaraq dünən Səudiyyə Ərəbistanında İspaniya Superkubokunu qazanan Zidan həlledici görüşlərin və qələbələrin sayını 9-a çatdırıb.

Asiya qitəsində əldə etdiyi Superkubok "Zizu"nun Madrid klubuna dönüşündən sonra ilk titulu olub. Əlcəzair əsilli fransız məşqçinin bütün finalları isə aşağıdakı kimidir:

2016-cı il - Klublararası dünya çempionatı, Avropa Superkuboku, Çempionlar Liqası

2017-ci il - Klublararası dünya çempionatı, İspaniya Superkuboku, Avropa Superkuboku, Çempionlar Liqası

2018-ci il - Çempionlar Liqası

2020-ci il - İspaniya Superkuboku

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"