Qriqorçukun arzusu

9 Yanvar 2020 11:00 Maraqlı 865
Qriqorçukun arzusu

"İndiyədək top-komandada işləməmişəm. Lakin düşünürəm ki, artıq buna hazıram və 100 faiz əminəm" - Sportinfo.az xəbər verir ki, bu sözləri 2015/2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olmuş və bölgə klubunu ardıcıl iki dəfə Avropa Liqasının qruplarına çıxarmış Roman Qriqorçuk deyib.

Hazırda Qazaxıstan çempionu "Astana"ya rəhbərlik edən ukraynalı mütəxəssis "TaToTake" internet kanalına müsahibəsində aparıcı komandalardan birində işləməyə tam hazır olduğunu deyib: "İstənilən top-komandanın iki keyfiyyətli hücumçusu olmalıdır. Belə hücumçuları olmayan klubu top-komanda hesab etməzdim və klub prezidentinə nəticə qazana bilməyəcəyimizi deyərdim".

55 yaşlı təcrübəli mütəxəssis Kiyev "Dinamo"sunun baş məşqçisi ola bilmək ehtimalını dəyərləndirib: "Dinamo"nu çalışdırmağı arzulamayan, istəməyən bir ukraynalı məşqçi tapa bilməzsiz. Bu komanda hər zaman böyük potensiallı olub, hazırda da belədir. Klubun getdiyi yol gənc ukraynalı futbolçuları daha yüksək səviyyəyə çatdırmaqdır. Bu yolu uğurlu hesab edirəm. Buna rəğmən, yalnız gənclər hesabına yüksək nəticələrə nail olmağın mümkünlüyünü düşünmürəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!