"20 milyon olsaydım, həyat yoldaşım məni satışa çıxarardı" - Baş məşqçi

15 Dekabr 2019 11:20 Maraqlı 606
"20 milyon olsaydım, həyat yoldaşım məni satışa çıxarardı" - Baş məşqçi

"Benfika"nın baş məşqçisi Brunu Laje təzminat məbləğinin 20 milyon avro olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis haqqında gəzən söz-söhbətə zarafatla cavab verib:

"Sizə cavab verə bilmərəm. Reallıqlar bunlardır. Sadəcə zarafat edə bilərəm: əgər qiymətim 20 milyon olsaydı, həyat yoldaşım məni satışa çıxarıb, pul qazanardı.

Əsas xoşbəxtlik, işinə sadiq olmaq, ona ciddi yanaşmaq və bütün həqiqəti deməkdir".

Digər Xəbərlər
Xəbər Lenti