Həbibdən Ronaldoya məsləhət - "Vaxtında getmək lazımdır"

14 Dekabr 2019 13:40 Maraqlı 1 411
Həbibdən Ronaldoya məsləhət -

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurməhəmmədov "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya məsləhət verib. Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı portuqaliyalı superulduza artıq karyerasını bitirmək haqda düşünməyə başlamağın lazım olduğunu bildirib:

"Ömür boyu məşğul olduğun işdən ayrılmaq çox ağırdır. Amma istəsən də, istəməsən də, vaxt gələcək, sən qalsan belə, idman səni tərk edəcək. Bunlar fərqli şeylərdir. Vaxtında getməsən, idman səndən gedəcək. Çünki daha gənc, ac və motivasiyalı gənclər yetişir.

Karyeranın əvvəlindəki motivasiyanı və aclığı saxlamaq çətindir. Sona doğru səndə həmin hisslər olmayacaq. Çünki yorulursan. Bədən qocalır və heç nə əbədi qalmır. Kriştianunun da o yaşda əvvəlki reaksiyası qalmayacaq. Fərqi yoxdur, Kriştianu olsun, ya da Həbib. Yeni nəsil yetişir və onları əvəz edir. Həm ona, həm də özümə məsləhətim odur ki, vaxtında vidalaşmaq lazımdır. Hələlik isə hər ikimiz özümüzü yaxşı hiss edirik və çıxışımızı davam etdiririk".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"