Maradona məhkəmədə qalib gəldi - 70 min avro alacaq

11 Dekabr 2019 21:15 Maraqlı 568
Maradona məhkəmədə qalib gəldi - 70 min avro alacaq

Argentinalı futbol əfsanəsi Dieqo Maradona dünya şöhrətli geyim brendi "Dolce & Gabbana" firması ilə məhkəmə çəkişməsinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, kompaniya Maradonaya 70 min avro təzminat ödəyəcək.

Əfsanə şirkəti 2016-cı ildə Neapolda keçirilən moda nümayişində ona məxsus 10 nömrəli maykada "Maradona" yazısı ilə çıxış etməsinə görə məhkəməyə vermişdi. Vəkilin iddiasına görə, geyim brendi "Ximnasiya"nın baş məşqçisindən rəsmi icazə almayıb. 1 milyon avroluq təzminat davası açan canlı əfsanə istəyinə qismən çatıb.

Digər Xəbərlər
Xəbər Lenti