Lev Yaşinin xanımı Bekkerə verilən mükafatı tənqdi etdi

4 Dekabr 2019 14:30 Maraqlı 561
Lev Yaşinin xanımı Bekkerə verilən mükafatı tənqdi etdi

SSRİ-nin əfsanəvi qapıçısı, "Qızıl top"u qazanmış Lev Yaşinin həyat yoldaşı Valentina Yaşina "France Football" jurnalının bu ildən təqdim olunan "Lev Yaşin" mükafatını tənqid edib.

Sportinfo.az xəbər verir ki, 16 il (1954-1970) SSRİ-nin əsas qapıçısı olmuş Yaşinin xanımı ilk dəfə "Liverpul"un braziliyalı qolkiperi Alisson Bekkerə verilən mükafatın 1963-cü ildə Yaşinin aldığına qətiyyən bənzəmədiyini deyib.

"Qızıl top" olacağını demişdilər. Ancaq orada gördüyüm mükafatdan heç baş açmadım, yumru, dəyirmi, diskvari bir şey idi...".

Nəşr 1956-cı ildən dünyanın ən yaxşı oyunçusuna verdiyi "Qızıl top"a əlavə olaraq bu ildən ən yaxşı qapıçılara "Lev Yaşin" mükafatını təqdim etməyə başlayıb. Ötən mövsüm Çempionlar Liqası və Amerika Kubokunu qazanmış Alisson Bekker bu mükafatın ilk sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti