Sabiq "Bakı"lının oğlu Kiyev "Dinamo"suna keçdi - FOTO

4 Dekabr 2019 11:45 Maraqlı 1 030
Sabiq "Bakı"lının oğlu Kiyev "Dinamo"suna keçdi - FOTO

2010/2013-cü illərdə "Bakı"da 76 oyun keçirmiş İbrahim Karqbonun oğlu Junyor Karqbo "Dinamo"ya keçib.

Sportinfo.az xəbər verir ki, Kiyev klubu Belçikanın U-19 millisinin hücumçusu ilə rəsmi müqavilə bağlayıb.

Syerra-leoneli forvardla anlaşmanın detalları barədə konkret məlumat yoxdur. Ancaq Ukrayna klubu 19 yaşlı forvardı ictimaiyyətə təqdim edib. Belçikanın müvafiq yaş qrupu üzrə yığmasına dəvət alan Junyor "qırmızı şirlər"in heyətində 5 oyun keçirib. "Rozelar"a məxsus futbolçu son mövsümü Belçikada "Lyers"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!