Fəaliyyətini bərpa edən klub Cənubi Azərbaycandan olan baş məşqçiyə tapşırıldı

27 Yanvar 11:20 II Divizion 2 869
Fəaliyyətini bərpa edən klub Cənubi Azərbaycandan olan baş məşqçiyə tapşırıldı

II Liqada mübarizə aparan «Dinamo»nu mövsümün ikinci hissəsində kimin dəstəkləyəcəyi dəqiqləşib.

Səkkiz illik aradan sonra fəaliyyətini bərpa edən klub yoluna İsmayıl Vəkiliqazicahani ilə davam eləyəcək.

Sezonun əvvəlində Novruz Əzimovla vidalaşan «polislər» Cənubi Azərbaycann olan mütəxəssisin qarşısına konkret vəzifə qoymayıb. Hədəf, sadəcə, orta sıraların birini tutmaqdır.

«Dinamo» 14 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Aktivinə 5 qələbə yazan komandanın 16 xalı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!