Millimizin üzvü şəkil paylaşdı, sevgilisi "xoşbəxtlik"lə şərh etdi - FOTOLAR

17 Noyabr 2019 17:10 Maraqlı 1 423
Millimizin üzvü şəkil paylaşdı, sevgilisi "xoşbəxtlik"lə şərh etdi - FOTOLAR

Milli komandamız və "Albasete"nin yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya Sequndasının 16-cı turunda səfərdə "Saraqosa"nın qapısına vurduğu qələbə topundan sonra sevindiyi anda çəkilən fotosunu şəxsi "İnstagram" hesabında paylaşıb.

Sportinfo.az xəbər verir ki, futbolçu şəkilin altında isə bu sözləri yazıb: "Bu şəkli görürsüz? İstərdim ki, siz də bu hissləri yaşayasız. Sadəcə, möhtəşəmdir!".

Eddinin paylaşımına münasibət bildirənlər arasında sevgilisi İza Qonqora da var. O, fotonun altına "xoşbəxtlik" şərhini yazıb.

Yeri gəlmişkən Eddinin sevgilisini fəal "İnstagram" istifadəçisi adlandırmaq olar. Tez-tez cəsarətli fotolar paylaşan cazibədar xanımın minlərlə izləyicisi var. O, öz səhifəsində millimizin üzvü ilə çəkilmiş səmimi fotolarını da yerləşdirib.

Onlardan bəzilərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"