"Sabah”ın büdcəsi nə "Qarabağ”, nə də "Neftçi”dən geri qalır"

2 Fevral 08:20 Sabah 1 662
"Sabah”ın büdcəsi nə "Qarabağ”, nə də "Neftçi”dən geri qalır"

"Sabah” baş məşqçisi Murad Musayevlə yolları ayırdı.

Təbii ki, onun gedişi ölkə futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

Əlbəttə, kimisi klub rəhbərliyini günahlandırsa da, Musayevin artıq getmək zamanının gəldiyi haqda düşünənlərin də sayı az deyil.

Bəs Yunis Hüseynovun Musayevin gedişinə münasibəti necədir?

Sportinfo.az xəbər verir ki, veteran futbolçu qaynarinfo-ya açıqlamasında rusiyalı mütəxəssisin istefasına belə reaksiya verib:

"Deyə bilmərəm problem təkcə baş məşqçidə, yaxud kimdədir. Çünki komanda daxilində deyiləm. Ancaq belə baxanda keçən il komanda pis təsir bağışlamadı, Konfrans Liqasına da vəsiqə qazandı. Bu il də hamı "Sabah”ın avrokuboklarda oynayacağını gözləyirdi. İnanmım var ki, bu il "Sabah” Konfrans Liqasına gedə bilər. Lakin belə zəif çıxışı gözləmirdik. "Qarabağ”a 1:7 hesablı məğlubiyyəti ümumiyyətlə ağlımızdan keçirmirdik. "Sabah” büdcə baxımından nə "Qarabağ”, nə də "Neftçi”dən geri qalır. Rəhbərlik hər şəraiti yaradıb ki, komanda yaxşı nəticə əldə etsin. Əlbəttə, belə nəticə rəhbərlik tərəfindən yaxşı qarşılanmır. Ümumiyyətlə, anlaya bilmədim ki, "Sabah” nə istəyir? Yaxşı yerlər uğrunda mübarizə aparan komanda əsas futbolçularını saxlamağa çalışır. Deyim ki, klubun imkanı yoxdur, futbolçuların maaşını ödəyə bilmədiyi üçün onları satır, belə deyil. Fikrimcə, klubda bu cür hal yoxdur və hər şey yüksək səviyyədədir. İsayevi "Qarabağ”a satmaları bir qədər müəmma yaratdı. Düşünürdük ki, ondan daha yaxşı futbolçu dəvət edəcəklər, bunu da görmədik. Nə istədikləri, hansı yerlər uğrunda mübarizə apardıqları mənim üçün anlaşılmaz qaldı. Musayevin getməsindən sonra, düşünürəm ki, rəhbərlik nəticə istəyir və bunun üçün lazımi şərait yaradıb”.

Hüseynov gedənlərin yeri doldurulmadığı üçün "Sabah”ın istədiyi kimi oynaya bilmədiyini vurğulayıb:

"Keçən il "Sabah”ın yaxşı futbolçuları vardı. Yaxşı məşqçi bilirsiniz necə bilinir? Əlində yaxşı futbolçuları varsa, nəticə verir. Keçənilki heyətdən 4-5 nəfər getdikdən sonra onların yerlərini doldurmadıqları üçün istədiklərini edə bilmədilər. Hər məşqçinin əlində yaxşı futbolçular olanda nəticə verir. Düzgün seçim etmək lazımdır. İndiki "Sabah”ı heç də çox zəif qiymətləndirmirəm. Potensial baxımından hiss edirəm ki, Konfrans Liqasına vəsiqə qazana bilər”.

Digər Xəbərlər
Xəbər Lenti