"Sabah"ın tanınmış simasıyla görüşən "Fənərbaxça"lı kimdir? - FOTO FAKT

9 Noyabr 2022 19:40 Maraqlı 1 127
"Sabah"ın tanınmış simasıyla görüşən "Fənərbaxça"lı kimdir? - FOTO FAKT

"Sabah"ın tanınmış futbolçusu Abulaye Ba, deyəsən, hələ uzun müddət "Fənərbaxça" azarkeşlərinin yaddaşından qalacaq.

Hər halda seneqallı müdafiəçini görəndə ayaq saxlayan, onunla dərtəşən "sarı lacivərd"lilərin hələ də olması bunu deməyə əsas verir.

Sonuncu oxşar hal bir neçə gün əvvəl Bakıda yaşanıb.

Belə ki, Mehmet Gurkan adlı "Fənərbaxça"lı paytaxtımıza səfərində "Sabah"ın legioneri ilə görüşüb.

O, özünün seneqallı oyunçu ilə fotosunu instaqram hesabından paylaşaraq "Fənərbaxça"nın sabiq oyunçusu ilə Bakıda görüşüm. "Fənərbaxça" forması üçün tər tökmüş hər kəsə sayğım və sevgim var" sözlərini yazıb.

31 yaşlı futbolçu 2015/16 mövsümünü Türkiyə təmsilçisində keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 18 matçda 1 qolla yadda qalmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti