Fantastik qol vurdu, FHN-in əməkdaşları yanına çağırdı - VİDEO+FOTOLAR

7 Noyabr 2022 19:40 Maraqlı 1 088
Fantastik qol vurdu, FHN-in əməkdaşları yanına çağırdı - VİDEO+FOTOLAR

Premyer Liqanın 13-cu turunun sönük qarşılaşmasının Qəbələdə keçdiyi deyə bilərik.

Amma “Qəbələ” – “Zirə” duelində hər nəqədər maraqsız 90 dəqiqə keçsə də, sonda vurulan qol nəinki tura, hətta mövsümə öz damğasını vurmuş oldu.

Belə ki, 90-ci dəqiqədə Ülvi İsgəndərovun mərkəz xəttindən vurduğu top qapıdan keçdi. Və bu qol meydan sahiblərinə vacib 3 xal qazandırdı.

Fantastik alınan zərbəni, həqiqətən, görməyə dəyərdi.

Buna görə forvardı təbrik edənlər arasında isə klubun prezident, baş məşqçisi, futbolçu yoldaşları ilə bərabər, həm də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da vardı.

Matç başa çatan kimi oyuna təhkim olunan FHN-nin əməkdaşları İsgəndərovla bir xeyli söhbətləşib, sonra da fotolar çəkdiriblər:

XANOĞLAN /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"