"Qarabağ"lılar bu kluba görə əlavə xərcə düşdü - BU SƏBƏBDƏN

3 Avqust 2022 16:00 Maraqlı 1 949
"Qarabağ"lılar bu kluba görə əlavə xərcə düşdü - BU SƏBƏBDƏN

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün Macarıstan çempionu “Ferentsvaroş”u qəbul edəcək.

Matça ölkəmizdə böyük maraq olduğu sirr deyil.

Əbəs deyil ki, qarşılaşmanın biletlərinin satışa çıxdığı ilk gün cəmi 4 saata 14 minə yaxın bilet satılmışdı. Həmin günün sonu isə say 20 mini ötürdü.

Matça iki gün qalmış isə kassalarda yalnız dəyəri 50 manat olan biletlər qalırdı.

Amma məsələ heç də göründüyü kimi deyilmiş.

Düzdü, oyuna maraq yetəri qədər böyükdür və axşam tribunalarda yenə ajotaj pik həddə olacaq.

Sadəcə satılan biletlərin əksəriyyəti hələ də öz sahibini gözləyir. Həm də dəyərindən daha baha qiymətə...

Belə ki, açıqlanan rəqəmlərdəki biletlərin çoxu “qara bazar”ın əlindədir.

Görüşə olan maraqdan sui-istifadə edən dəllallar əldə etdikləri çox sayda bileti indi fanatlara dəyərindən 2, bəzən 3 dəfə baha qiymətə satıllar.

Yaranmış mənzərədən üzgün olan “Qarabağ”lı azarkeşlər əlacsız qalıb daha çox xərcə düşmək bahasına olsa belə biletləri əldə etməyə çalışırlar.

Hətta dünəndən matçın oyanılacağı Tofiq Bəhrəmov adına Respublika stadionunun önündə dediyimiz xətt üzrə aktiv satış start götürüb. Və hazırda da davam edir. Matç saatı yaxınlaşdıqca bilet sayının azalması qiymətlərin daha da baha olmasına rəvac verir.

"Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş bu gün saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"