Çempionlar Liqasının final matçında Şuşa fatehi belə xatırlandı - VİDEO

31 May 2022 20:40 Maraqlı 725
Çempionlar Liqasının final matçında Şuşa fatehi belə xatırlandı - VİDEO

Çempionlar Liqasının "Real" - "Liverpul" arasında baş tutan final matçını (1:0) dünyanın müxtəlif şəhərlərində milyonlarla futbol azarkeşi izləmiş oldu.

Fransaya gedə bilməyənlar ya öz evində, ya da yaxın dostlarla üz tutub kafelərdə Parisdəki finalın həyəcanın yaşamış oldular.

Belə futbol məclislərindən biri də İmişli şəhərində qurulub. Çox sayda "Real" və "Liverpul" azarkeşi bir araya gələrək sevimli komandalarını böyük ekran arxasında dəstəkləməyə qərar veriblər.

Amma final fitindən sonra yaşananlar "Real"lıların sevincini, "Liverpul"luların isə kədərini kölgədə qoymuş olub.

Belə ki, qarşılaşmanı izləyənlər arasında Vətən müharibəsinin qəhərmanlarından olan, bayrağımızı Şuşaya ilk sancan igidimiz Hüseyin Mirzəyev də olub.

Həmkarımız Vüsalın məclis əhlinə XTQ mənsubu olan hərbçi barədə etdiyi təqdimat böyük coşğu ilə qarşılanıb. Ən yaxşısı videonu izləməklə, gözəl görüntülərə gözləriniz və hisslərinizlə şahid olun.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"