"Geniş ürəkli" adam, heç kimi bir-birindən ayırmadan..."

3 Aprel 2022 23:40 Maraqlı 888
"Geniş ürəkli" adam, heç kimi bir-birindən ayırmadan..."

Azərbaycan Premyer Liqasında 21-ci tur bu gün başa çatdı. Lider "Qarabağ" turu darmadağınla başa vurdu. Belə ki, doğma meydanda "Səbail" qarşılaşan "ağdamlılar" rəqibi üzərində 5-1 hesablı qələbə qazandı.

Bu, Qurban Qurbanovun yetirmələrinin hazırkı mövsüm evdə 4-cü 4 top fərqli qələbəsi kimi yadda qaldı.

"Köhlən atlar" "Səbail" kimi "Sabah" və "Qəbələ"ni doğma meydanda 5-1 darmadağın edibsə, "Neftçi"yə 4 topluq acını 4:0-la yaşadıb.

Komandanın "İmarət" azarkeş qrupu da bu fakta biganə qalmayıb. Belə ki, azarkeş qrupu baş məşqçi Qurban Qurbanovun fotosunu

"Çox "geniş ürəkli" adam, heç kimi bir-birindən ayırmadan əzib keçirik" başlığı ilə paylaşaraq, yuxarıdakı darmadağınla qazanılan nəticələri qeyd ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!