“Neftçi”nin futbolçusunun Zubir sevgisi - FOTO

15 Dekabr 2021 20:40 Maraqlı 3 262
“Neftçi”nin futbolçusunun Zubir sevgisi - FOTO

Abdullah Zubir “Qarabağ”da sərgilədiyi parlaq oyunla futbol ictimaiyyətinin rəğbətini çoxdan qazanıb.

Fransalı futbolçu təkcə azarkeşlər yox, həm də Premyer Liqamızda çalışan məşqçilərin və top dalınca qaçan futbolçuların da sevgisini haqq edib.

Belə olmasaydı, Zubirin sosial şəbəkə hesablarını izləməz, paylaşımlarını müxtəlif şərhlərlə “bəzəməzlər”.

Abdullah dünən İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsində “İlin əcnəbi futbolçusu” nominasiyasında qalib olduqdan sonra mükafatla olan fotosunu “instagram”da paylaşıb.

Həmin şəkilə “Qarabağ”ın hazırkı və sabiq futbolçuları tərəfindən xeyli təbrik mesajı gəlib. Fotonu bəyənənlər arasında “Qarabağ”ın əzəli rəqibi “Neftçi”nin braziliyalı legioneri Tyaqo Bezerranın olması diqqətdən yayınmayıb.

Hücumçu zəngin karyerası ərzində müxtəlif ölkələrdə top qovsa da, Zubirin oynadığı Fransa, Şotlandiya və Rumıniya çempionatlarında çıxış etməyib. Bu isə o deməkdir ki, bu ikilinin əvvəldən şəxsi tanışlığı yoxdur.

Tyaqonun Abdullah sevgisi Azərbaycanda, onun “Qarabağ”dakı çıxışlarını görəndən sonra yaranıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"