"Neftçi” Hondanın formalarını sata bilirmi? – KLUBDAN AÇIQLAMA

27 Mart 2021 17:40 Maraqlı 1 817
"Neftçi” Hondanın formalarını sata bilirmi? – KLUBDAN AÇIQLAMA

"Neftçi" klubunun yeni transfer Keysuke Hondanın formalarını məhdud sayda satışa çıxardığını xəbər vermişdik.

Artıq bir həftədən çoxdur məhşur futbolçunun formalarının satışı davam edir.

Görəsən, "Neftçi" azarkeşlərinin fəallığı necədir? Ümumiyyətlə, Hondanın formalarına gözlənilən maraq varmı?

Bu suallara cavab olaraq Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları deyib:

"Forma satışını bayramdan bir gün öncə elan etmişdik. Müəyyən qədər satış olub. Amma daha çox satışı gələn həftəyə gözləyirik.

Hondanın formasına təlabat var. Hazırda da normal şəkildə satış davam edir".

Hondanın formasını əldə edən azarkeşlər martın sonlarında keçiriləcək müsabiqədə iştirak hüququ qazanacaqlar. Müsabiqədə qalib gələn 10 azarkeş “Neftçi”nin növbəti məşqlərindən birini canlı izləyə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"