Bakı klubu Ukraynadan yarımmüdafiəçi gətirdi

1 Avqust 2020 23:00 Şamaxı 1 796
Bakı klubu Ukraynadan yarımmüdafiəçi gətirdi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" növbəti furvolçu transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Dmitri Klyotsun keçidini həll edib.

Son olaraq Lvov "Karpatı"sında çıxış etmiş yarımmüdafiəçi artıq Bakıdadır.

Ukraynalıının peşəkar karyerası yalnız yetirməsi olduğu "Karpatı" ilə bağlıdır. 24 yaşlı orta sahə oyunçusu 2013-cü ildən şərəfini qoruduğu Lvov təmsilçisində 101 oyunda 1 qol vurub.

Bu, "Keşlə"nin mövsümlərarası fasilədə ilk legioner transferidir. Premyer Liqanın bürünc medalçısı bunadək yalnız yerli futbolçuların keçidinə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti