Paytaxt klubuna gələn əcnəbilər PLAN DƏYİŞDİ

24 Yanvar 2022 23:40 Şamaxı 785
Paytaxt klubuna gələn əcnəbilər PLAN DƏYİŞDİ

"Keşlə" təlim-məşq toplanışını Bakıda davam etdirir.

Komanda bu gün Bakıda hazırlıq keçən digər Premyer Liqa klubu "Səbail"lə yoxlama görüşü keçirib. Matç bərabərliklə başa çatıb - 1:1.

Bu qarşılaşma hər iki komanda üçün də toplanış çərçivəsində sonuncu olmalı idi. Amma "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov son anda fikrini dəyişərək sabah növbəti yoxlama oyunun keçirməyi qərara alıb. Artıq rəqibin "Kəpəz" olacağı da məlumdur.

Bir gün fərqlə, həm də Birinci Divizion klubu ilə görüş keçirmək təbii ki, səbəbsiz deyil.

Belə ki, hazırda paytaxt klubunda bir neçə futbolçu baxışdadır. Son günlər Bakıya çatan əcnəbilər cəmi bir neçə məşqdə iştirak etməyə imkanları olub.

Qurbanov onlar barəsində yekun qərar vermək üçün daha bir yoxlama oyununun keçirilməsini vacib bilib. Məhz sabahkı oyundan sonra baxışda olanlarla bağlı böyük ölçüdə yekun qərar veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti