Əfran fərqləndi, “Keşlə” Rəhmanla məğlubiyyətdən qaçdı

24 Yanvar 2022 17:30 Şamaxı 669
Əfran fərqləndi, “Keşlə” Rəhmanla məğlubiyyətdən qaçdı

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Səbail” və “Keşlə” ikinci dəfə yoxlama oyununda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub.

Arenanın ehtiyat meydançasında keçirilən matç erkən qolla başlayıb. 10-cu dəqiqədə Əfran İsmayılov qol sevinci yaşayıb.

Lakin Aftandil Hacıyevin yetirmələri üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə bərabərlik qoluna imza atan “Keşlə” məğlubiyyətdən qaçıb.

Komandalar arasındakı ilk matçda “Keşlə” 2:0 hesabı ilə qalib gəlib.

24 yanvar
15:00. “Səbail” – “Keşlə” - 1:1

Əfran İsmayılov, 10 - Rəhman Hacıyev

Digər Xəbərlər
Xəbər Lenti