Şəhriyar Əliyev təəccüb içində - "Niyə belə olduğunu anlamıram"

24 Sentyabr 2021 23:00 Şamaxı 953
Şəhriyar Əliyev təəccüb içində - "Niyə belə olduğunu anlamıram"

"Komandanın yanında olmamaq həqiqətən ağırdı. Aldığım qırmızı vərəqəyə görə çox peşmanam. Kollektivi çox pis durumda qoydum".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ" ilə oyunda aldığı 4 oyunluq cəza səbəbindən 2 turdu komandasına kömək edə bilməyən Şəhriyar Əliyev deyib.

"Keşlə"nin təcrübəli siması komandada başverənlərə izah tapa bilmədiyini bildirib: "Son 2 oyun tam heyətlə meydana çıxa bilmədik. Amma ilk turlar heç də pis oynamadıq. Hazırda üzərimizdə psixoloji gərginlik var. İtkilərə rəğmən "Neftçi" ilə oyuna da pis başlamamışdıq. Yaxşı şanslar oldu, amma dəyərləndirə bilmədik. Bu, vəziyyəti daha da gərginləşdirir. Qola kimi hər şey əla idi. Qol buraxandan sonra isə özümüzə gələ bilmirik. Aşağı-yuxarı digər oyunlarda da oxşar tendensiya yaşanır. Niyə belə olduğunu anlamıram. Son iki oyunda özüm olmasam da əvvəlki 2 görüşdə mən də meydanda idim. Məşqlərdə canla-başla çalışırıq. Məşqçilər heyəti də necə çalışdığımızı görür. Amma oyunlara çıxanda başqa şey görürük. Bilmirəm buna necə izah verim".

Əliyev bir qələbə ilə bu durumdan çıxa biləcəklərinə ümid edir: "Bəlkə də bir qələbə bizi bu qara zolaqdan çıxaracaq. Növbəti turdakı rəqibimiz olan "Qarabağ"ın necə komanda olduğunu bilirik. Cəzalı futbolçularımız yenə var. Öncəki oyunlardan daha istəkli olub, "Qarabağ"la oyundan yaxşı nəticə qazanacağımıza inanıram. Komanda şəklində mübarizə aparmaq lazımdır".

"Keşlə" - "Qarabağ" oyunu sabah 17:00-da start götürəcək.

Matç "Ask Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti