"Soçi"nin güclü tərəfləri çoxdur" - "Keşlə"nin hücumçusu

22 İyul 2021 11:20 Şamaxı 975
"Soçi"nin güclü tərəfləri çoxdur" -  "Keşlə"nin hücumçusu

"Soçi"nin güclü tərəfləri çoxdur".

Bu sözləri Sportinfo.az açıqlamasında Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün baş tutacaq "Soçi" ilə oyun haqqında danışan "Keşlə"nin hücumçusu Amil Yunanov deyib.

28 yaşlı forvard yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Oyundan 2 gün əvvəl burdayıq. Məşqlərimizi burada da davam etdirmişik.

Oyuna ciddi hazırlaşmışıq. Əlimizdən gələni edib, ilk oyundan yaxşı nəticə ilə qayıtmaq istəyirik".

"Soçi" - "Keşlə" görüşü bu gün 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti