Ona millidə yer olmadı

2 İyun 2021 23:20 Şamaxı 1 576
Ona millidə yer olmadı

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının heyətində iyunun 3-də Türkiyə ilə matçda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib.

Moldova mətbuatı bəzi oyunçuların zədəli və ya klublarında bəzi qarşılaşmalarda iştirak etdikləri üçün heyətdə yer almadığını yazıb. Digər 7 futbolçunun iyunun 6-da Kişineuda Azərbaycanla matçda iştirak edə biləcəyi gözlənilir.

Moldova - Azərbaycan oyunu Kişineuda təşkil olunacaq. "Keşlə" mayın 24-də "Sumqayıt"ı final oyununda 1:0 hesabı ilə yenərək, Azərbaycan Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti