"Kaş rəqib "Qarabağ" olmazdı" deyə, bir fikir yoxdur"

28 Mart 2021 22:20 Şamaxı 724
"Kaş rəqib "Qarabağ" olmazdı" deyə, bir fikir yoxdur"

"Şükür olsun, hər şey əladır. İnşallah, "Qarabağ"la oyuna zədələrsiz hazır olarıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Vusal İsgəndərli deyib.

İstedadlı futbolçu fasilənin komandaya faydalı-olub-olmamasının oyunlarda görünəcəyini bildirib:

"Fasilənin xeyrimizə olub-olmamasını məncə, oyunlarda daha yaxşı görəcəyik. İnşallah, xeyriməzə olar. Qarşıda çətin oyunlarımzı var. Həm çempionat, həm də kubokada istədiyimiz nəticələri əldə edərik".

İsgəndərli "fasilədən sonra ilk oyunun "Qarabağ"la olmasını sizin üçün şanssızlıq saymaq olarmı" sualını isə belə cavablayıb:

"Əlbəttə, son çempiona qarşı oynamaq çətin olacaq. Ancaq inanın ki, kaş rəqib "Qarabağ" olmazdı deyə, bir fikir yoxdur. Öz gücümüzə inanırıq. Yaxşı mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti