Yarımfinala çıxdılar, pul almaqdan imtina etdilər

8 Fevral 2021 09:40 Şamaxı 1 271
Yarımfinala çıxdılar, pul almaqdan imtina etdilər

Ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanan «Keşlə»nin bir qrup futbolçusu mükafat almaqdan imtina edib.

«Kəpəz»ə evdə 1:0, səfərdə 2:0 hesabıyla qalib gələn paytaxt təmsilçisinin oyunçuları klub rəsmiləri ilə söhbətində «ənam»ı qəbul etməyəcəklərini bildirib.

Ona görə yox ki, 25 min manat onlara aaz gəlib. Ona görə ki, komanda üzvləri zəif mövsüm keçirmələrini qəbullanır:

Premyer Liqada işlər qaydasında getmir, digər tərəfdən, «Kəpəz» I Divizionda mübarizə aparır. Başa düşürlər ki, zəif rəqibi mübarizədən kənarlaşdırmaqla qəhrəmanlıq göstərməyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti