"Neftçi" nələrsə edə biləcək" - Braziliyalı hücumçu

17 Avqust 2023 02:20 Neftçi 1 148
"Neftçi" nələrsə edə biləcək" - Braziliyalı hücumçu

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin braziliyalı sabiq forvardı, hazırda "Əl-Aruba"da oynayan Tyaqo Bezerra sportal.az-a müsahibə verib.

- “Neftçi” Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə uduzdu. Sənin üçün gözlənilməz nəticə oldu, yoxsa hesabı bu cür ehtimal edirdin?

- Düzü, "Neftçi"nin "Beşiktaş"la matçda uğurlu nəticə qazanacağına inanırdım. Həm də, ürəkdən bunu istəyirdim. Amma anlayırdım ki, "Beşiktaş" böyük komandadır. Bu mənada, asan olmayacağı dəqiq idi. Düzü, nəticə mənim üçün sürpriz oldu. Çünki daha yaxşı nəticə olacağını düşünürdüm. “Neftçi”də yaxşı kollektiv qurulub, yeni oyunçular, yeni baş məşqçi dəvət edilib. Futboldur da, edəcək bir şey yoxdur. Qol vuran qalib gəlir. Bəzən yaxşı oynamaq yox, qalib gəlmək lazımdır.

- Maraqlıdır ki, “Neftçi” ilk görüşün ikinci yarısında rəqibindən daha yaxşı oynadı, sadəcə qol epizodlarından yararlana bilmədi...

- Bəli, elədir. “Neftçi”nin ikinci hissədə daha yaxşı oynadığını düşünürəm. Bəlkə də, ikinci qolu daha erkən vursaydılar, sonda nəticə yaxşı olardı. Amma alınmadı. "Beşiktaş" da böyük komandadır, qol epizodlarına girməyi bacarır.

- Bu matçda “Neftçi”nin oyununu bəyəndin?

- Məncə, "Neftçi" ümumilikdə yaxşı görünürdü. Bilirəm ki, ötən mövsümə qədər “Qarabağ”da oynamış Filip Ozobiç də komandaya gəlib. Onunla yanaşı, daha bir neçə transferləri var. "Neftçi"dən gözlənti daha yüksəkdir.

- Cavab matçı ilə bağlı fikrin necədir? Səncə, “Neftçi” “Beşiktaş”ı səfərdə məğlub edə bilər?

- İstanbuldakı matç asan olmayacaq. Çünki “Neftçi” səfərdə oynayacaq. Özü də, hesabda 1:3 geridədirlər. Lakin futboldur da, hər şey meydanda həll olunur. İnanıram ki, "Neftçi" nələrsə edə biləcək. Çətin olacaq. Lakin mən həmişə "Neftçi"yə inanıram.

- Yəqin ki, “Neftçi”nin Türkiyədə qalib gələrək mərhələ adlaması sürpriz sayılacaq...

- Futboldur da, hər şey mümkündür. Sadəcə ilk matçdan sonra "Neftçi"nin "Beşiktaş"ı məğlub etməsi gözlənilməz olardı. "Beşiktaş" 3:1 hesablı böyük üstünlüyə sahibdir. Belə olan halda, "Neftçi"nin növbəti mərhələyə adlaması böyük sürpriz olardı. Futbolda belə hadisələr baş verir, geridönüşlər az olmayıb. Elə "Barselona"nın PSJ önündəki “come back” etməsini xatırlayın. Hər şey mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!