“Qalatasaray” ÇL-in qrup mərhələsində - NƏTİCƏLƏR

30 Avqust 2023 01:10 Çempionlar Liqası 1 087
“Qalatasaray” ÇL-in qrup mərhələsində - NƏTİCƏLƏR

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Molde”ni qəbul edib.

İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və “Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə “Yanq Boyz”u və Portuqaliya “Braqa”sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar.

“Molde” ilə yanaşı, Yunanıstan klubu “Panatinaikos” və İsrailin “Makkabi” (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

Mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

29 avqust

“Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1
Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66
İlk oyun – 3:2

“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0
Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46
İlk oyun – 0:0

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"