2 il avrokuboklardan uzaqlaşdırması təsdiqlənir?

1 İyul 2020 19:30 İngiltərə 713
2 il avrokuboklardan uzaqlaşdırması təsdiqlənir?

"Mançester Siti"nin Avropa yarışlarından kənarlaşdırılması ilə bağlı yekun qərar iyulun 13-də veriləcək.

Sportinjfo.az xəbər verir ki, UEFA-nın “şəhərlilər”in iki il avrokuboklardan uzaqlaşdırmasının ardından rəhbərlik İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qərarın iyulun 10-da verilməsi gözlənilsə də, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasına mane olmamaq üçün tarixi üç gün irəli çəkib.

"Mançester Siti"nin diskvalifikasiyası qüvvədə qalırsa, İngiltərə Premyer Liqasında 2019/20 mövsümünü 5-ci pillədə tamamlayan komanda Çempionlar Liqasına vəsiqə qazanacaq. Hazırda isə həmin mövqedə "Mançester Yunayted" qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!