“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaq"

14 Noyabr 2023 16:20 Milli komanda 910
“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaq"

“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

61 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib:

“Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır. Onların bu addımları bizim üçün çox şey deməkdir”.

Noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq. Hazırda İsveç 7 xalla üçüncü, Azərbaycan isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək son matçların ardından vəzifəsindən ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti