"Orada məyus halda duran bir nəfər var idi – Lionel Messi"

24 Mart 2020 18:30 İngiltərə 488
"Orada məyus halda duran bir nəfər var idi – Lionel Messi"

“Liverpul”un müdafiəçisi Joel Matip İngiltərə mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Barselona” üzərində qazanılan qələbəni (4-0) xatırlayıb:

"Oyundan sonra azarkeşlərlə məşhur mahnımızı oxuduq. Bu, karyeramdakı ən gözəl anlardan biri idi. Heç bir şey haqqında düşünmürdük. Azarkeşlərlə əylənirdik. Daha sonra dopinq testindən keçmək üçün otağa gəldim.

Orada məyus halda duran bir nəfər var idi – Lionel Messi. Bir-birimizi meydanda tanıyırdıq. Ancaq bu səfər fərqli idi. Sanki hər gün görüşüb, qəhvə içirmiş kimi olduq. Hamı çöldə qələbəni bayram edirdi. Mən isə balaca otaqda Messi ilə oturmuşdum”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!