"Liverpul"a qayıdacaq

7 Yanvar 2020 01:28 İngiltərə 690
"Liverpul"a qayıdacaq

"Beşiktaş"la mövsümün sonunda icarə müqaviləsi başa çatacaq Loris Karius "Liverpul"a qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Buna səbəb klubun maliyyə cəhətdən zəif olmasıdır. Xəbərdə İstanbul təmsilçisinin 8 milyon avroluq satın alma şərtindən istifadə edə bilməyəcəyi qeyd edilib. Bu səbəbdən də Karius yayda "Liverpul"a qayıtmaq məcburiyyətində qalacaq.

26 yaşlı qolkiperin mersisaydlılarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 2018-ci ildən "Beşiktaş"da çıxış edən Karius komandada 57 oyun keçirib. "Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi gələcək planlarında görmür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!