“Neftçi” bu qiymətə görə transferdən imtina etdi

20 İyul 2023 07:30 Neftçi 1 040
“Neftçi” bu qiymətə görə transferdən imtina etdi

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyevin "Neftçi"nin keçidi baş tutmayıb.

Sportinfo.az "metaratings.ru" saytına istinadən xəbər verir ki, klublar təzminat məbləği ilə bağlı razılığa gələ bilməyiblər.

Bildirilib ki, 26 yaşlı müdafiəçi Sankt-Peterburqda PARI Premyer Kubokunda iştirak edən "Neftçi"nin düşərgəsində bir neçə gün olub.

O, Bakı təmsilçisində tibbi müayinədən keçsə də, transfer baş tutmayıb. Buna “Ximki”nin Quliyev üçün 600 min avro təzminat istəməsi səbəb olub. “Neftçi” bu qiymətə görə hazırda transferdən imtina edib.

Bir həftəlik fasilədən sonra "Ximki"nin düşərgəsinə qayıdan Quliyev iyulun 17-də "Tümen"lə oyun üçün start heyətinə daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!